Yuxarı
    Bağlamaq

    ​Bakıda IV İnvestorlar Yarmarkası keçiriləcək

    Maliyyə institutları ilə investorların və xidmət təminatçılarının yarmarka formatında görüşləri planlaşdırılır

    Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycana xarici investorların cəlb edilməsi və mikromaliyyə sahəsində mövcud olan yeni xidmət sahələrinin təqdim etmək məqsədilə cari il oktyabrın 9-da Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən 4-cü İnvestorlar Yarmarkası keçiriləcək.

    "Report"un verdiyi xəbərə görə, bir gün davam edəcək tədbirdə mikromaliyyə, ixtisaslaşmış maliyyə ekspert və şirkətləri, beynəlxalq investorlar və texniki xidmət təminatçılarının şirkətləri, bank olmayan kredit təşkilatları və banklar, lizinq təşkilatlarının da iştirakı gözlənlir.

    Bundan əlavə ikinci hissədə Maliyyə institutları ilə investorların və xidmət təminatçılarının yarmarka formatında görüşləri planlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi