Yuxarı

​Bakıda EUROSAI-ın işçi qrupunun toplantısı keçirilir

Toplantı aprelin 7-də işini davam etdirəcək

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasının təşkilatçılığı ilə bu gün Bakıda Beynəlxalq Audit Qurumlarının Avropa Təşkilatının (EUROSAI) Fəlakətlərə və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə İşçi Qrupunun II toplantısı işə başlayıb. “Report” xəbər verir ki, toplantıda 13 ölkənin ali audit qurumundan 30 nümayəndə iştirak edir.

Qeyd edək ki, Azərbaycan Hesablama Palatası da daxil olmaqla EUROSAI-ın 9 üzvünün iştirak etdiyi ilk toplantısı Lüksemburqda keçirilib. EUROSAI-ın bu İşçi Qrupunun 2-si müşahidəçi olmaqla 20 üzvü var.

“Fəlakətlə bağlı yardımın auditinə dair təlimatlar: fırıldaqçılıq və korrupsiya riskləri, məlumat əldə edilməsində yeni metodlardan istifadə” mövzusuna həsr olunmuş toplantıda Palatanın auditoru Vaqif Həsənov və Ukrayna Hesablama Palatasının üzvü, Kənd təsərrüfatı sahəsi, təbiətin mühafizəsi və fövqəladə halların auditi Departamentinin direktoru Mariya Şuleşko tədbirdə çıxış ediblər.

Tədbirdə Türkiyə, İndoneziya, Ukrayna, Azərbaycan, Bolqarıstan, İtaliya, Polşa ali audit qurumlarının məsul əməkdaşları tərəfindən müxtəlif mövzularda təqdimatlar iştirakçıların diqqətinə çatdırılıb.

Toplantı aprelin 7-də işini davam etdirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi