Bakıda dolların satış məzənnəsi 1,84 AZN/USD-yə çatıb

Bakıda dolların satış məzənnəsi 1,84 AZN/USD-yə çatıb Əksər "exchange"lərdə dolların alışı 1,77 manat, satışı isə 1,84 manata aparılır
Maliyyə
8 Yanvar , 2016 12:27
Bakıda dolların satış məzənnəsi 1,84 AZN/USD-yə çatıb

Bakı. 8 yanvar. REPORT.AZ/ "Report" agentliyinin analitik qrupunun bu gün Bakı şəhərinin 28 May küçəsində yerləşən valyutadəyişmə məntəqələri üzrə saat 12:00 radələrində apardığı monitorinq nəticəsində nağd ABŞ dollarının alış-satış məzənnəsinin yenidən artdığı qeydə alınıb. Əksər "exchange"lərdə 1 ABŞ dollarının alışı 1,77 manat, satışı isə 1,84 manata aparılır. Qeyd edək ki, dünən əksər valyutadəyişmə məntəqələrində dolların alış-satış məzənnələri 1,72-1,78 AZN/USD olub, bəzi hallarda isə həttə 1,75-1,80 AZN/USD-yə çatıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məzənnəsi - 1,5642 AZN/USD olsa da, bu gün AMB-nin valyuta hərracı keçirməməsi valyuta bazarında ajiotaji daha da artırıb. Xatırladaq ki, AMB dünən, yanvarın 7-də keçirdiyi valyuta hərracında tələbin yalnız 19%-ni qarşılayıb və 50 mln. dollar satıb.

Valyuta hərracları vasitəsilə mütəşəkkil bazarda kommersiya banklarına dollar kütləsi satan AMB satışı "ən yaxşı təklif" prinsipi ilə həyata keçirir. AZN/USD məzənnəsinin həftə sonu 2,00 AZN/USD-yə çatması artıq reallığa bənzəyir.

Son xəbərlər

Orphus sistemi