Yuxarı

​Bakıda "Cbonds" informasiya platformasının təqdimatı keçiriləcək

Təqdimatı Cbonds şirkətinin qurucusu və baş direktoru Sergey Lyalin aparacaq

Bakı. 21 mart. REPORT.AZ/ Aprelin 6-da Bakıda "Cbonds" informasiya platformasının təqdimatı keçiriləcək.

"Report" xəbər verir ki, təqdimatda "Cbonds" şirkətinin qurucusu və baş direktoru Sergey Lyalin, "Cbonds" informasiya platformasının imkanları və üstünlüklərindən danışacaq. Tədbirdə saytla effektiv çalışmanın ətraflı təlimatı izah olunacaq, əsas xidmət növlərindən istifadə canlı olaraq nümayiş olunacaq.

Qeyd edək ki, "Cbonds" Rusiya və MDB məkanında borc bazarı üzrə ən böyük informasiya tədarükçüsüdür. 14 illik fəaliyyəti dövründə şirkət istiqraz bazarında iştirak edən peşəkarlar üçün vacib informasiya mənbəyinə çevrilib. Hazırda "Cbonds" Rusiya, Ukrayna, Qazaxıstan, Azərbaycan və digər MDB ölkələri, Şərqi Avropa və Türkiyənin istiqrazları, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrin avroistiqrazları, ABŞ-ın korporativ istiqrazları, sürətlə inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrin dövlət qiymətli kağızları bazarlarını əhatə edir.

"Cbonds"un məlumat bazası hər bir istiqrazın emissiya prospekti, birjadaxili və birjadankənar kotirovkaları, ödəmələrdəki hərəkətlər də daxil olmaqla bir çox ətraflı informasiyanı özündə cəmləşdirir. Şirkətin analitik imkanları istiqraz kalkulyatorundan istifadə etməklə emissiyaların qrafik müqayisəsi, portfel menecmenti xidməti və s. həyata keçirməyə şərait yaradır.

Qeyd edək ki, hazırda 30 ölkədə 500-dən artıq maliyyə institutu "Cbonds"un abunəçisidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi