​Bakıda Beynəlxalq Aktuarlar Assosiasiyasının toplantısı keçirilir - YENİLƏNİB

​Bakıda Beynəlxalq Aktuarlar Assosiasiyasının toplantısı keçirilir - YENİLƏNİB Toplantı Azərbaycan Sığortaçılar və Aktuarlar assosiasiyalarının təşkilatçılığı ilə keçirilir
Maliyyə
28 Sentyabr , 2015 09:29
​Bakıda Beynəlxalq Aktuarlar Assosiasiyasının toplantısı keçirilir - YENİLƏNİB

İlk xəbər saat 09:29-da verilib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq üzrə Komitəsinin toplantısı işə başlayıb. "Report"un verdiyi xəbərə görə, toplantıda 20-yə yaxın ölkədən 40-dan çox beynəlxalq dərəcəli aktuar, həmçinin yerli sığorta sistemində çalışan 50-dən çox aktuar iştirak edir.

Tədbirdə, həmçinin Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX), Dövlət Sosial Müdafiə Fondu, eləcə də Beynəlxalq Aktuarlar Assosiasiyasının Komitə rəhbərləri və qonşu ölkələrin aktuarlar assosiasiyalarının yüksək struktur nümayəndələri iştirak edirlər.

İki gün davam edəcək toplantı çərçivəsində iştirakçılar üçün seminarlar da təşkil olunacaq. Seminarlarda ekspertlər tərəfindən iştirakçılara aktuar peşəkarlığı, tibbi sığortada maliyyələşdirmə, dəyişən mühitdə strateji aktivlərin yerləşdirilməsi və idarə edilməsi, ödəmə qabiliyyəti, təqaüd sistemlərinin maliyyə sabitliyi, beynəlxalq təcrübədə sığorta ehtiyatlarının hesablanması və qeyri-həyat sığortasında yaradılan sığorta ehtiyatlarında təkrarsığortaçıların payı, Beynəlxalq Aktuarlar Assosiasiyasının prinsiplərinin yerli qanunvericiliyə implementasiyası mövzularında seminarlar təşkil olunacaq.

Qeyd edək ki, toplantı Beynəlxalq Aktuarlar Assosiasiyasının təşəbbüsü, Azərbaycan Maliyyə Nazirliyinin dəstəyi, Azərbaycan Sığortaçılar və Aktuarlar assosiasiyalarının təşkilatçılığı ilə keçirilir.

***

"Hazırda Azərbaycan Beynəlxalq Aktuarlar Assosiasiyasının assosiativ üzvüdür vəgələcəkdə tamhüquqlu üzv olmaq istəyirik". Bunu Assosiasiyanın Müşahidə Şurasının üzvü Xədicə Qasımova bildirib. Qeyd edək ki, hazırda Beynəlxalq Aktuarlar Assosiasiyasının 69 tamhüquqlu və 29 assosiativ üzvü var.

Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov isə qeyd edib ki, bu tədbir gələcəkdə aktuar işinin regionda inkişafı üçün fundament rolunu oynayacaq.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev də çıxışında bildirib ki, Azərbaycanın sığorta pensiya sistemində aktuar tədqiqatlardan geniş istifadə olunur. O həmçinin qeyd edib ki, ölkənin sığorta pensiya sisteminin maliyyə dayanıqlığı təmin edilib.

Son xəbərlər

Orphus sistemi