Yuxarı

Bakıda Beynəlxalq Aktuarlar Assosiasiyasının toplantısı keçiriləcək

Tədbirdə 20-yə yaxın ölkədən 40-dan çox beynəlxalq dərəcəli aktuar iştirak edəcək

Bakı. 21 sentyabr. REPORT.AZ/ Sentyabrın 28-29-da Bakıda Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq üzrə Komitəsinin toplantısı keçiriləcək. "Report"un verdiyi xəbərə görə, toplantıda 20-yə yaxın ölkədən 40-dan çox beynəlxalq dərəcəli aktuar, həmçinin yerli sığorta sistemində çalışan 50-dən çox aktuar iştirak edəcəklər.

Tədbirdə, həmçinin Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX), Dövlət Sosial Müdafiə Fondu, eləcə də Beynəlxalq Aktuarlar Assosiasiyasının Komitə rəhbərləri və qonşu ölkərin aktuarlar assosiasiyalarının yüksək struktur nümayəndələri iştirak edəcəklər.

İki gün davam edəcək toplantı çərçivəsində iştirakçılar üçün seminarlar da təşkil olunacaq. Seminarlarda ekspertlər tərəfindən iştirakçılara aktuar peşəkarlığı, tibbi sığortada maliyyələşdirilmə, dəyişən mühitdə strateji aktivlərin yerləşdirilməsi və idarə edilməsi, ödəmə qabiliyyəti, təqaüd sistemlərinin maliyyə sabitliyi, beynəlxalq təcrübədə sığorta ehtiyatlarının hesablanması və qeyri-həyat sığortasında yaradılan sığorta ehtiyatlarında təkrarsığortaçıların payı, Beynəlxalq Aktuarlar Assosiasiyasının prinsiplərinin yerli qanunvericiliyə implementasiyası mövzularında seminarlar təşkil olunacaq.

Toplantı Beynəlxalq Aktuarlar Assosiasiyasının təşəbbüsü, Azərbaycan Maliyyə Nazirliyinin dəstəyi, Azərbaycanın Sığortaçılar və Aktuarlar assosiasiyalarının təşkilatçılığı ilə baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi