Yuxarı

Bakıda Asiya və Sakit okean ölkələri maliyyə nazirlərinin toplantısı ilə bağlı müzakirələr aparılıb

Azərbaycanın Maliyyə naziri BMT Baş Katibinin müavinini qəbul edib

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan BMT Baş Katibinin müavini, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Şamşad Axtarı qəbul edib. Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanın regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından rolu yüksək qiymətləndirilib.

Bununla yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin qlobal miqyasda əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, bu ilin mart ayında keçirilməsi nəzərdə tutulan Asiya və Sakit okean ölkələrinin maliyyə nazirlərinin toplantısı ilə bağlı fikir mübadiləsi aparılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi