Bakı. 10 iyun. REPORT.AZ/
Nazirliyin Analitik-informasiya şöbəsindən "Report"a verilən məlumata görə, Bakı və Mingəçevir şəhərlərində, xüsusilə də I Avropa Oyunları keçiriləcək 18 arena və onların ətrafinda yerləşən təsərrüfat subyektlərində yerləşən müxtəlif ticarət, əyləncə, ictimai-iaşə və s. obyektlərində POS-terminalların quraşdırılması başa çatdırılıb. Bakı şəhəri üzrə 53 min 700, Mingəçevir şəhəri üzrə isə 1929 ədəd POS-terminalın quraşdırılması təmin edilib, I Avropa Oyunları keçiriləcək arenalar və onların ətrafında yerləşən obyektlərdə POS-terminallardan istifadə olunma qaydalarına əməl olunmasının nəzarətdə saxlanılması üçün həmin ərazilərə vergi orqanlarının əməkdaşları təhkim edilib.
Bütövlükdə ölkədə quraşdırılmış POS-terminalların sayı 86 minə çatıb ki, onların da 62,4%-i Bakı şəhərinin, 37,6%-i isə digər şəhər və rayonların payına düşür.