Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb

Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb Borc bazarının həcmi 11 dəfədən çox artaraq 471 mln. manata yüksəlib
Maliyyə
11 Avqust , 2017 17:49
Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb
Report

Bakı. 11 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə keçirilən əqdlərin ümumi həcmi 5 338 mln. manat təşkil edib.

"Report" BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarının həcmi illik müqayisədə 5,4 dəfə artaraq 1 610 mln. manata çatıb. Bunun da 387,2 mln. manatını Maliyyə Nazirliyinin dövlət istiqrazları, 1 223 mln. manatını isə Azərbaycan Mərkəzi Bankının notları təşkil edib.

Son bir ildə pay (səhm) bazarının həcmi 25,4 dəfə artaraq 667,6 mln. manata, borc (istiqraz) bazarının həcmi isə 11,4 dəfə artaraq 470,5 mln. manata yüksəlib. Hesabat dövründə törəmə maliyyə alətləri bazarının (forex) həcmi isə 37,5% artaraq 2 578 mln. manat təşkil edib.

Bu ilin ilk 7 ayı ərzində repo əməliyyatlarının həcmi isə 11,6 mln. manat təşkil edib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu növ əməliyyatlar həyata keçirilməyib.

Son xəbərlər

Orphus sistemi