Yuxarı
    Bağlamaq

    Bakı Fond Birjasında yeni təyinat olub

    Birjanın Beynəlxalq Əlaqələr və Korporativ Kommunikasiyalar Qrupunun rəhbəri dəyişib© Report.az

    Bakı. 21 iyul. REPORT.AZ/ “Bakı Fond Birjası” QSC-nin (BFB) Beynəlxalq Əlaqələr və Korporativ Kommunikasiyalar Qrupunun rəhbəri dəyişib.

    “Report” xəbər verir ki, indiyə qədər bu vəzifəni tutan Nuranə Heydərova işdən çıxıb, onun yerinə Çingiz Hüseynov təyin edilib.

    Ç.Hüseynov bundan əvvəl Milli Depozit Mərkəzi sədrinin müşaviri vəzifəsində çalışıb.

    Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 5 yerli bank ("Azər-Türk Bank", “Azərbaycan Sənaye Bankı” (ASB), "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı" və ləğvetmə prosesində olan "United Credit Bank" ASC-lər), 14 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi