Bakı Fond Birjasında dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı Fond Birjasında dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib Hərrac zamanı 6 investor tərəfindən 12 sifariş təqdim olunub
Maliyyə
23 Avqust , 2016 20:18
Bakı Fond Birjasında dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı. 23 avqust. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 182 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "Report"a daxil olan məlumatda bildirilib ki, hərrac zamanı 6 investor tərəfindən 12 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 14 005,700.00 manat təşkil edib. 

Sifarişlər 91.6180 manat (18.4998%) və 96.1943 manat (7.9999%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 94.8400 manat (11.0017%) orta ölçülmüş qiyməti 95.6251 manat (9.2512 %) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 24.08.2016 (t+1) tarixində həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 7 320 200 manat təşkil edilib. İstiqrazların ödəmə tarixi 21.02.2017-ci ildir. 

İstiqrazların tədavül müddəti isə 182 gündür.

Son xəbərlər

Orphus sistemi