Yuxarı

Bakı Fond Birjasının Müşahidə Şurasına yeni sədr seçilib

“Bakı Fond Birjası” QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb

Bakı. 21 dekabr. REPORT.AZ/ "Bakı Fond Birjası" QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. İclas zamanı Bakı Fond Birjasının Müşahidə Şurasının yeni üzvləri və sədrinin seçilməsi üzrə səsvermə keçirilib. 

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, BFB-nin səhmdarlarının səsvermənin nəticələrinə əsasən, "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyev BFB-nin Müşahidə Şurasının yeni sədri seçilib. 

R.Allahverdiyev 1972-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universiteti, Əmək İqtisadiyyatı və Sosiologiya ixtisası üzrə təhsil alıb. 1992-ci ildən etibarən ölkənin maliyyə sektorunda fasiləsiz xidmət göstərir, müxtəlif banklarda rəhbər vəzifələr tutub. R.Allahverdiyev 2013-cü ilin iyun ayından etibarən isə "Kapital Bank"ın İdarə Heyətinin sədri vəzifəsində çalışır.

Ümumi yığıncaq əsnasında Azərbaycan Beynəlxalq Bankının baş direktoru Fuad İslamov BFB-nin Müşahidə Şurasının yeni üzvü seçilib. F.İslamov 1969-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Qeyri-iqtisadi əlaqələrin planlaşdırması və təşkili, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mühəndis fizik-neftçi fakültələrində təhsil aıb. 1992-2011-ci illərdə ABB-da müxtəlif vəzifələrdə çalışıb. 2011-ci ildən ABB-nin baş direktoru vəzifəsində çalışır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi