“Bakı Fond Birjası”nın xalis mənfəəti 2,5 dəfə artıb

“Bakı Fond Birjası”nın xalis mənfəəti 2,5 dəfə artıb “Bakı Fond Birjası” QSC-nin (BFB) cəmi aktivləri bu il yanvarın 1-nə 8,795 milyon manat təşkil edib.
Maliyyə
7 İyun , 2019 17:36
“Bakı Fond Birjası”nın xalis mənfəəti 2,5 dəfə artıb

“Bakı Fond Birjası” QSC-nin (BFB) cəmi aktivləri bu il yanvarın 1-nə 8,795 milyon manat təşkil edib.

“Report” Birjanın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 74,2% çoxdur.

2018-ci ildə BFB-nin cəmi öhdəlikləri 2,3 dəfə artaraq 939 min manata, cəmi kapitalı isə 69,2% artaraq 7,856 milyon manata çatıb.

Ötən il Birjanın əqdlər üzrə tarif gəlirləri 5,478 milyon manat (əvvəlki ilə nisbətən 2 dəfə çox), digər xidmət gəlirləri 215 min manat (4,2 dəfə çox), faiz gəlirləri 328 min manat (2 dəfə çox), əməkhaqqı və işçilərlə bağlı digər ödənişləri 859 min manat (23,4% çox), ümumi və inzibati xərcləri 414 min manat (2,1 dəfə çox), əmlak və avadanlıqların köhnəlməsindən zərəri 51 min manat (təxminən, 30% az), qeyri-maddi aktivlərin amortizasiyasından zərəri 42 min manat (demək olar ki, eyni qalıb), mənfəət vergisi ödəmələri isə 938 min manat (2,5 dəfə çox) təşkil edib.

Son nəticədə BFB 2018-ci ili 3,718 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 2,5 dəfə çoxdur. 

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Birjanın səhmdarları hər biri 9,52% payla “Azərbaycan Sənaye Bankı” ASC və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC, hər biri 4,76% payla “Azərbaycan Beynəlxalq Bankı”, “Azər-Türk Bank”, “Kapital Bank”, “Bank of Baku”, “Yapı Kredi Bank Azərbaycan”, “Unicapital İnvestisiya Şirkəti”, “Plato Capital and Co. İnvestisiya Şirkəti”, ləğv prosesində olan “United Credit Bank” ASC-lər, “Xalq Kapital İnvestisiya Şirkəti”, “Dəmir İnvestisiya Şirkəti” QSC-lər, “Kapital Partners”, “Brokdil-AZ”, “Mars Investment”, “Respublika İnvest”, “Caspian Financial” MMC-lər, eləcə də Türkiyənin “Global Menkul Değerler Anoniş Şirketi”, İstanbul Fond Birjasıdır (“Borsa İstanbul”). 

Son xəbərlər

Orphus sistemi