Bu ilin yanvar-mart aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 2 076,041 milyon manat təşkil edib.
“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,1% azdır.
Bununla belə, ötən 3 ayda bağlanmış əqdlərin sayı isə 5,6% artaraq 1 149 olub.
BFB-nin dövriyyəsinin 42,8%-i, yaxud 887,902 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 75,8% azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 9,4 dəfə artaraq 765,677 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 4,2 dəfə artaraq 422,462 milyon manat olub.