Yuxarı

Bakıda "exchange"lər dollar satışını məhdudlaşdırıb - FOTOREPORTAJ

Əksər məntəqələr bağlanıb, işləyənlər isə adambaşı 200-300 dollar satır

ilk xəbər saat 12:29-da yayımlanıb

Bakı. 9 yanvar. REPORT.AZ/ "Report" agentliyinin analitik qrupunun bu gün Bakı şəhərinin 28 May küçəsində yerləşən valyutadəyişmə məntəqələri üzrə saat 12:00 radələrində apardığı monitorinq nəticəsində nağd ABŞ dollarının alış-satış məzənnəsinin kəskin azaldığı qeydə alınıb. Əksər "exchange"lərdə 1 ABŞ dollarının alışı 1,55-1,56 manat, satışı isə ən yaxşı halda 1,6260 manata aparılır.

Qeyd edək ki, dünən bəzi paytaxt valyutadəyişmə məntəqələrində dolların alış-satış məzənnələri 1,83-1,87 AZN/USD-yə qədər yüksəlmişdir. Lakin Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta mübadiləsi əməliyyatları üçün yenidən marja (+/- 4%) tətbiq etməsi "exchange"lərin məzənnə siyasətini xeyli məhdudlaşdırıb.

Buna baxmayaraq, hazırda valyutadəyişmə məntəqələrinin əksəriyyəti tam bağlıdır, bəzilərində əməliyyat ümumiyyətlə aparılmır, real işləyən "exchange"lər isə nağd dolların satışını adambaşı 200-300 dollarla məhdudlaşdırıb. Bu səbəbdən həmin məntəqələrin qarşısında növbə yaranıb.

Qeyd edək ki, AMB-nin yanvarın 7-11-nə rəsmi məzənnəsi - 1,5642 AZN/USD-dir. Yəni, bu günlərdə "exchange"lərdə dolların alış məzənnəsi minimum 1,5016 AZN/USD, satış məzənnəsi isə maksimum 1,6268 AZN/USD ola bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi