Bağlanmış bankların inkassator maşınları, qeyri-yaşayış binaları və bankomatlar satışa çıxarılıb

Bağlanmış bankların inkassator maşınları, qeyri-yaşayış binaları və bankomatlar satışa çıxarılıb Bu barədə bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun açıqlamasında bildirilir
Maliyyə
30 İyun , 2017 17:55
Bağlanmış bankların inkassator maşınları, qeyri-yaşayış binaları və bankomatlar satışa çıxarılıb

Bakı. 30 iyun. REPORT.AZ/ Ləğvetmə prosesində olan “Texnikabank” ASC-nin balansındakı 10 ədəd inkassator tipli avtonəqliyyat vasitəsi, “Royalbank” ASC-nin balansındakı qeyri yaşayış binası və avtomobil, “Gəncəbank” ASC-nin balansındakı qeyri yaşayış binası və “Atra Bank” ASC-nin balansındakı 7 ədəd bankomat hərrac yolu ilə satışa çıxarılıb.

“Report” xəbər verir ki, bu barədə bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, maraqlanan şəxslər daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərlər.

http://1anelan.com/_adif/

Son xəbərlər

Orphus sistemi