Yuxarı
    Bağlamaq

    Bağlanmış bankın "MilliKart"dakı payı 6 dəfə ucuz qiymətə satışa çıxarılıb

    Söhbət Debütbankdan gedir

    Bakı. 26 avqust. REPORT.AZ/ Ləğvetmə prosesində olan "Debütbank" ASC-nin "MilliKart" MMC-dəki (prosessinq mərkəzi) 2,4%-lik iştirak payı cəmi 20 min manata satışa çıxarılıb. Bu barədə "Report"a bank sektorundakı mənbə bildirib.

    Onun sözlərinə görə, bu qiymət payın nominal dəyərindən 6 dəfə az olsa da, onu hələ də almaq istəyən yoxdur: "20 min manatlıq qiymət məhkəmə qərarı əsasında müəyyən edilib. Lakin hətta bu qiymətlə "MilliKart"ın həmtəsisçisi olmaq istəyən tapılmır. Əgər belə davam edərsə, bir neçə aydan sonra qiymət bir qədər də azaldılacaq".

    Xatırladaq ki, "Debütbank"ın lisenziyası 2010-ci ilin sonuna yaxın Azərbaycan Mərkəzi Bankı tərəfindən ləğv edilib. Azərbaycan qanunvericiliyinə görə, bağlanmış banklar digər hüquqi şəxslərin kapitalında iştirak payına malik ola bilməz. Odur ki, "Debütbank"ın ləğvedicisi olan şirkət onun "MilliKart"dakı payını satmağa qərar verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi