Yuxarı

Bağlanan sığorta şirkəti müştərilərinə müraciət edib

Bakı. 14 iyun. REPORT.AZ/ Aktivlərini Günay Sığorta ASC-yə satan Buta Sığorta ASC müştərilərinə SMS-lə müraciət edib. Report xəbər verir ki, ...

Bakı. 14 iyun. REPORT.AZ/ Aktivlərini "Günay Sığorta" ASC-yə satan "Buta Sığorta" ASC müştərilərinə SMS-lə müraciət edib. "Report" xəbər verir ki, müraciətdə "Buta Sığorta"nın qüvvədə olan sığorta müqavilələrinin "Günay Sığorta"ya ötürüldüyü qeyd olunur. Bundan narazı olan müştərilərdən isə etirazlarını şirkətə bildirmək xahiş edilir.

"Buta Sığorta" sığorta müqavilələrini "Günay Sığorta"ya ötürür. "Buta Sığorta" kollektivi "Günay Sığorta" adı ilə sizə yüksək və operativ xidmət göstərməyə davam edəcək. Etirazınız olduğu halda 7 gün ərzində şirkətimizə müraciət edə bilərsiniz. Məlumat Mərkəzi (012) 990" - deyə SMS-də bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi