Yuxarı

​Bağlanan 6 bankda 80 mln. manat qorunan əmanət var

Həmin banklarda əmanətlərin ümumi həcmi isə 223 mln. manata yaxındır

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə bu il lisenziyası ləğv edilən 6 kommersiya bankında ümumilikdə vəsaitləri qorunan 31 266 əmanətçi var. "Report" xəbər verir ki, bu banklarda kompensasiya olunan əmanətlərin ümumi həcmi isə 80,433 mln. manat civarındadır.

Bankların öz hesabatlarına əsasən, bu banklarda ("Bank of Azerbaijan", "Gəncəbank", "United Credit Bank", "NBC Bank", "Atrabank", "Qafqaz İnkişaf Bankı") məcmu əmanətlərin həcmi isə 222,196 mln. manatdır.

Həmin banklarda fiziki şəxslərin qorunan əmanətləri 192,134 mln. manat, fiziki şəxslərin qorunmayan əmanətləri 51,991 mln. manat təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi