Yuxarı

​Baden-Baden sığorta forumunda “Azərbaycan gecəsi” keçirilib

Azərbaycanın sığorta şirkətləri və sığorta qurumlarının xarici tərəfdaşları ilə çoxsaylı müxtəlif işgüzar görüşləri nəzərdə tutulur

Bakı. 19 oktyabr. REPORT.AZ/ Almaniyanın Baden-Baden şəhərində sığortaçıların ənənəvi illik forumu çərçivəsində “Azərbaycan gecəsi” keçirilib. "Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən verdiyi xəbərə görə, “Azərbaycan gecəsi”ndə dünyanın 30-a yaxın ölkəsindən 230-a yaxın nümayəndə iştirak edib.

Tədbirdə Azərbaycanı ASA, İcbari Sığorta Bürosu (İSB) və 14 sığorta şirkətini təmsil edən 25 nəfərlik nümayəndə heyəti təmsil edib. Gecədə çıxış edən ASA-nın sədri Orxan Bayramov Azərbaycanın sığorta bazarı, buradakı inkişaf və bazarın perspektivləri barədə məlumat verib. Azərbaycanın milli elementlərilə bəzədilmiş tədbir məkanında qonaqlar Azərbaycan musiqisi və milli mətbəxinin təamları ilə də tanış olublar.

Baden-Baden sığorta forumu çərçivəsində Azərbayan gecələrinin keçirilməsi artıq ənənə halını alıb. Bu tədbirlər 2013 və 2014-cü illərdəki forum çərçivəsində də keçirilib. Baden-Baden forumunda Azərbaycanın sığorta şirkətləri və sığorta qurumlarının xarici tərəfdaşları ilə çoxsaylı müxtəlif işgüzar görüşləri nəzərdə tutulur. Görüşlərdə yeni partnyorların tapılması, təkrar sığorta risklərinin ötürülməsi, müxtəlif sığorta məhsulları üzrə təcrübə mübadiləsi, eləcə də Azərbaycan sığorta bazarında yeni məhsulların tətbiqi imkanları ilə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, tədbir Maliyyə Nazirliyinin dəstəyilə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) tərəfindən təşkil olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi