Yuxarı

AzTV-yə büdcədən ayrılan vəsaitlərin istifadəsi yoxlanılıb

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib

Bakı. 4 iyun. REPORT.AZ/ Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Kollegiya iclasında dövlət büdcəsindən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə və Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutuna ayrılmış vəsaitlərin istifadəsinə, həmçinin İnstitut üzrə büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair audit tədbirlərinin nəticələri barədə hesabatlar müzakirə olunub.

"Report"un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Palataya məlumatların verilməsi üçün Kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin iş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi