"Azsığorta"nın yığımları 30% azalıb

"Azsığorta"nın yığımları 30% azalıb Hesabat dövründə şirkətin ödənişləri də cüzi azalıb
Maliyyə
18 Noyabr , 2016 17:51
Azsığortanın yığımları 30% azalıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında "Azsığorta" ASC-nin yığımları 15 277 736 manat təşkil edib.

Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,97% azdır.

Hesabat dövründə "Azsığorta"nın ödənişləri də cüzi azalıb. Belə ki, şirkət 10 ay ərzində 6 427 723 manat ödəniş edib. Bu isə bir il əvvələ nisbətən 0,82% azdır.

Bu ilin yanvar-oktyabr aylarında "Azsığorta" topladığı hər 100 manat sığorta haqqının 33,34 manatını müştərilərə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-oktyabrında 23,54% olub.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 20,3 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 203 000 manat olan 100 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova ("Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi