Yuxarı

“Azsığorta” media nümayəndələri üçün təlim təşkil edib

“Azsığorta” media nümayəndələri üçün təlim təşkil edib

“Azsığorta” ASC media nümayəndələri üçün “Daşınmaz əmlakın icbari sığortası” mövzusunda təlim təşkil edib.

“Report” xəbər verir ki, təlimdə spiker qismində çıxış edən şirkətin Mənfəət Mərkəzinin rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Qoşqar Şəkərəliyev öncə iştirakçılara icbari sığorta haqqında məlumat verərək daha sonra daşınmaz əmlakın icbarı sığortası barədə geniş təqdimat nümayiş etdirib.

Daha sonra Q.Şəkərəliyev sığorta barəsində jurnalistləri maraqlandıran sualları cavablandırıb. Təlimin sonunda “Azsığorta”nın İdarə Heyətinin sədri Anar Talıbov media nümayəndələrinə sertifikatlar təqdim edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi