“Azinvestkredit” öhdəliklərini 100% azaldıb

“Azinvestkredit” öhdəliklərini 100% azaldıb Bakı. 11 iyun. REPORT.AZ/ “Azinvestkredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 3% azalaraq bu il yanvarın 1-nə 401 min manat təşkil edib.
Maliyyə
11 İyun , 2018 10:17
“Azinvestkredit” öhdəliklərini 100% azaldıb

Bakı. 11 iyun. REPORT.AZ/ “Azinvestkredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 3% azalaraq bu il yanvarın 1-nə 401 min manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azinvestkredit"in müştərilərə verdiyi xalis kreditlər 62,7% artaraq 327 min manata çatıb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 100% azalıb, cəmi kapitalı isə 2% azalaraq 401 min manat olub.

“Azinvestkredit” 2017-ci ili 9 min manat xalis zərərlə başa vurub. Halbuki, BOKT 2016-cı ildən 8 min manat xalis mənfəətlə çıxmışdı. 

Son xəbərlər

Orphus sistemi