“Azinvestkredit” BOKT-nin aktivləri 5% artıb

“Azinvestkredit” BOKT-nin aktivləri 5% artıb “Azinvestkredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 5% artaraq 421 min manat təşkil edib.
Maliyyə
5 İyun , 2019 16:49
“Azinvestkredit” BOKT-nin aktivləri 5% artıb

“Azinvestkredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 5% artaraq 421 min manat təşkil edib.

“Report” bu barədə BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azinvestkredit"in müştərilərə verdiyi xalis kreditlər isə 22,5% artaraq 401 min manata çatıb.

Hesabat dövründə BOKT-nin 13 min manatlıq cəmi öhdəlikləri yaranıb, cəmi kapitalı isə 1,75% artaraq 408 min manat olub.

“Azinvestkredit” 2018-ci ili 8 min manat xalis mənfəətlə başa vurub. Halbuki BOKT 2017-ci ildən 9 min manat zərərlə çıxmışdı. 

Son xəbərlər

Orphus sistemi