“Azfinance İnvestisiya Şirkəti”nin aktivləri 37% artıb

“Azfinance İnvestisiya Şirkəti”nin aktivləri 37% artıb “Azfinance İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri illik müqayisədə 36,85% artaraq bu il yanvarın 1-nə 66,87 mln. manat təşkil edib.
Maliyyə
16 May , 2019 16:27
“Azfinance İnvestisiya Şirkəti”nin aktivləri 37% artıb

“Azfinance İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri illik müqayisədə 36,85% artaraq bu il yanvarın 1-nə 66,87 mln. manat təşkil edib.

“Report” bu barədə kommersiya qurumunun maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə “Azfinance”ın cəmi öhdəlikləri 37,2% azalaraq 65,217 mln. manat, cəmi kapitalı isə 24,85% artaraq 1,653 mln. manat olub.

İnvestisiya şirkəti 2018-ci ili 147 min manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci ilə nisbətən təxminən 130 dəfə çoxdur. 

Son xəbərlər

Orphus sistemi