Yuxarı

​"Azərsu": "Qarşıdakı aylarda borclarımızı tam ödəməyi düşünürük"

Artıq rayonların borcları ödənilib

Bakı. 20 may. REPORT.AZ/ "Biz qrafikə uyğun olaraq borcların ödənişini həyata keçiririk". Bunu "Report"a "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılzadə "Azərsu" ASC-yə məxsus "Birləşmiş Sukanal" MMC və "Sutikinti" Müəssisəsinin dövlət borcu olması məsələsinə aydınlıq gətirərkən deyib:

Onun sözlərinə görə, bundan öncə dövlətə vergi borcu olan "Göyçay Su-kanal" TSC, "Gəncə Su-Kanal" TSC, "Ağdaş Su-Kanal" TSC və "Şəki Su-Kanal" TSC-nin borcları tamamilə ödənilib: "Eyni anda həm cari borclar, həm də əvvəlki illərdən qalan borclar ödənilir. Qarşıdakı aylarda borclarımızı tam ödəməyi düşünürük. Artıq rayonların borcları ödənilib, geriyə bu iki qurum qalıb ki, onu da tezliklə bitirəcəyik".

Xatırladaq ki, Vergilər Nazirliyi vergi borcu olan vergi ödəyiciləri ilə bağlı məlumat yayıb. Sıyahıda adıçəkilən qurumlarla yanaşı, "Bakı" Futbol Klubu, "Transgeyt" MMC və "RiadFarm" MMC-nin adı da var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi