​"Azərsığorta"nın yığımları 68%-ə yaxın artıb

​"Azərsığorta"nın yığımları 68%-ə yaxın artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
19 İyul , 2016 10:39
​Azərsığortanın yığımları 68%-ə yaxın artıb

Bakı. 19 iyul. REPORT.AZ/ Bu ilin 1-ci yarısında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") yığımları 32 696 541 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, 67,8% çoxdur.

Hesabat dövründə "Azərsığorta"nın ödənişləri də artıb. Belə ki, Şirkət 6 ay ərzində 8 940 242 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 50,17% çoxdur.

2016-cı ilin yanvar-iyununda "Azərsığorta" topladığı hər 100 manat sığorta haqqının 27,43 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-iyununda 30,55% olub.

Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb, yeganə sığorta şirkətidir ki, ölkənin bütün şəhər və rayonlarında təmsil olunur. 

Son xəbərlər

Orphus sistemi