“Azərsığorta”da 2 yeni departament yaradılıb

“Azərsığorta”da 2 yeni departament yaradılıb Departamentlər indiyə qədər mövcud olmuş Beynəlxalq əlaqələr, təchizat və təkrarsığorta Departamentinin bazasında təşkil edilib
Maliyyə
24 Fevral , 2017 16:25
“Azərsığorta”da 2 yeni departament yaradılıb

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) strukturunda iki yeni departament yaradılıb.

Şirkətdən “Report”a verilən məlumata görə, departamentlər indiyə qədər mövcud olmuş Beynəlxalq əlaqələr, təchizat və təkrarsığorta Departamentinin bazasında təşkil edilib. Bu departamentin direktoru bir qədər əvvəl “Günay Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat almış Vüqar Babakişiyev olub.

Beləliklə, yeni departmentlərdən biri Marketinq və təchizat Departamenti adlanır. Ona direktor Vüqar Həsənov təyin edilib.

Digər yeni departament isə Beynəlxalq əlaqələr və təkrarsığorta ilə bağlıdır ki, ona da rəhbərlik Rövşən Cəlilliyə həvalə olunub.

Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir.

Son xəbərlər

Orphus sistemi