“Azərkosmos” sığortaçı seçir

“Azərkosmos” sığortaçı seçir Səhmdar cəmiyyət bu məqsədlə kotirovka sorğusu elan edib
Maliyyə
31 İyul , 2017 09:53
“Azərkosmos” sığortaçı seçir

Bakı. 31 iyul. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Azərkosmos" ASC tibbi sığorta xidmətinin satın alınması məqsədi ilə kotirovka sorğusu elan edib. 

"Report" xəbər verir ki, kotirovka təklifləri avqustun 8-nə qədər ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 72 (5-ci mərtəbə) ünvanında yerləşən ofisində qəbul edilir. 

Təkliflərə avqustun 9-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq. 

Xatırladaq ki, "Azərkosmos" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 63 610 600 manatdır. 

Son xəbərlər

Orphus sistemi