Yuxarı

“Azərkosmos” könüllü tibbi sığorta xidməti sahəsində fəaliyyət göstərən şirkət axtarır

“Azərkosmos” siğorta şirkəti axtarır

Azərkosmos” ASC könüllü tibbi sığorta xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu keçirir.

“Report” qurumun rəsmi dövlət qəzetində verdiyi elanına istinadən xəbər verir ki, “Azərkosmos” ASC bu sahə üzrə müvafiq lisenziyası olan şirkətləri kotirovka sorğusunda iştirak etməyə çağırır.

Vurğulanır ki, qiymət kotirovkaları qapalı zərfdə sentyabrın 26-sı saat 18:00-a qədər Ü.Hacıbəyli küçəsi 72, M5 ünvanda yerləşən “Azərkosmos” ASC-nin Bakı ofisinə təqdim edilməlidir. Təklif zərfləri sentyabrın 27-si Bakı-Şamaxı-Yevlax yolunun 38-ci kilometrliyində yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində saat 09:00-da açılacaq. Kotirovka sorğusu ilə bağlı əlaqələndirici şəxs Ceyhun Əliyevdir. (012-565-00-55) 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi