Yuxarı
    Bağlamaq

    "Azərenerji" xarici valyuta mübadiləsindən 1 mlrd. manat zərər edib

    Şirkət ötən ili 870,5 mln. manat zərərlə başa vurub

    Bakı. 2 iyun. REPORT.AZ/ "Azərenerji" ASC 2015-ci ili 870,53 mln. manat zərərlə başa vurub. Şirkətin dayandırılmış fəaliyyətdən il üzrə cəmi zərəri 75,521 mln. manat, davam edən fəaliyyətdən il üzrə məcmu zərəri isə 795,009 mln. manat təşkil edib.

    "Report"un verdiyi xəbərə görə, 2014-cü ili şirkət 19,594 mln. manat mənfəətlə yekunlaşdırıb.

    Hesabata əsasən, "Azərenerji" ötən il ərzində 733,762 mln. manat gəlir əldə edib ki, bu da əvvəlki il ilə müqayisədə 2,27% azdır. Xərcləri isə illik müqayisədə 42% azalaraq 334,932 mln. manata enib. Beləliklə, ötən il şirkətin əməliyyat mənfəəti 5,3 dəfə artaraq 334,932 mln. manata çatıb.

    Ötən il ərzində şirkət xarici valyuta mübadiləsindən 1 001,079 mln. manat zərər edib, halbuki 2014-cü ildə əksinə, 107,620 mln. manat gəlir əldə olunub. Hesabat ilində əmlak, tikili və avadanlıqlar üzrə dəyərsizləşmə itkisi 348,856 mln. manat təşkil edib. Bununla yanaşı, kredit borclarının silinməsindən 72,406 mln. manat gəlir əldə edilib.

    Şirkətin aktivləri illik müqayisədə 23,66% azalaraq 2016-cı ilin əvvəlinə 4 259,591 mln. manata enib. Nizamnamə kapitalı dəyişməz qalıb və 1 760,495 mln. manat, yığılmış zərəri isə 1 550,428 mln. manat təşkil edib. Xatırladaq ki, 2014-cü ilin sonuna "Azərenerji"nin bölüşdürülməmiş mənfəəti 244,069 min manat olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi