"Azərelektrikşəbəkətikinti"nin səhmləri 8 dəfə bahalaşıb

"Azərelektrikşəbəkətikinti"nin səhmləri 8 dəfə bahalaşıb Bu barədə Bakı Fond Birjası məlumat yayıb
Maliyyə
18 Noyabr , 2016 17:04
Azərelektrikşəbəkətikintinin səhmləri 8 dəfə bahalaşıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) "Azərelektrikşəbəkətikinti" ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb. 

Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

Məlumata görə, əqd müəssisənin 33 səhminin təkrar bazarda realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızların nominal dəyəri 2 manat olsa da, onlar 7,5 dəfə baha - 15 manata alınıb-satılıb.

Xatırladaq ki, "Azərelektrikşəbəkətikinti " ASC 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 172 600 manatdır.

Son xəbərlər

Orphus sistemi