Yuxarı

Nazir müavini: "Azərbaycanla Rusiyanın artan imkanları üçüncü ölkələrin bazarlarına çıxmağa şərait yaradır"

Azərbaycanla Rusiya üçüncü ölkələrin bazarlarına çıxaçaq?

"Azərbaycan ilə Rusiya arasında ümumi ticarət dövriyyəsi 2,5 mlrd dollar təşkil edir, ilin sonuna qədər 3 mlrd dollara çatmasını gözləyirik".

"Report" xəbər verir ki, bunu Rusiya İqtisadiyyat nazirinin müavini Azər Talıbov "Penoplekst SPB" izolyasiya materiallarının istehsalı zavodunun təməlqoyma mərasimində jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini vurğulayıb ki, Azərbaycanla Rusiyanın iqtisadi əməkdaşlığı inkişaf edir: "İki ölkə arasında ticarət dövriyyəsini artırmaq üçün geniş potensial mövcuddur. Belə ki, Azərbaycan və Rusiya arasında yaradılmış birgə müəssisələr müsbət nəticələr göstərir və bizim imkanlarımız artır ki, üçüncü ölkələrin bazarlarına çıxaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi