Yuxarı
    Bağlamaq

    Azərbaycanla Latviya arasında audit sahəsində əməkdaşlıq sənədi imzalanıb

    Bakıda Azərbaycan Auditorlar Palatası və Latviya Mühasiblər Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb© Report.az

    Bakı. 3 iyul. REPORT.AZ/ Bakıda Azərbaycan Auditorlar Palatası və Latviya Mühasiblər Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

    “Report” bu barədə Auditorlar Palatasına istinadən xəbər verir.

    Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib ki, imzalanmış saziş hər iki qurumun fəaliyyətinə müsbət təsir edəcək və qarşılıqlı təcrübə mübadiləsi aparmaq və gələcəkdə bir-birinə beynəlxalq səviyyədə dəstək olmaq istiqamətində mühüm əhəmiyyətə malik olacaq.

    Latviya Mühasiblər Assosiasiyası sədri Andreys Ponomaryovs bildirib ki, bu gün mühasibatlıq sahəsi üzrə Avropada geniş islahatlar aparılıb və bu sahə demək olar ki, yenidən tənzimlənib. O qeyd edib ki, Azərbaycan Auditorlar Palatası ilə Latviya Mühasiblər Assosiasiyası arasında əməkdaşlıq gələcəkdə bir ənənəyə çevriləcək.

    Tədbirdə, həmçinin Azərbaycan və Latviya auditinin mövcud durumu, onların qarşısında duran problemlərin həlli yolları, maliyyə hesabatlığı sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi istiqamətləri barədə müzakirələr aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi