Azərbaycanın xidmətlər balansının kəsiri 27% artıb

Azərbaycanın xidmətlər balansının kəsiri 27% artıb 2019-cu ildə Azərbaycanın cari əməliyyatlar balansının qalığı 4 364,9 milyon ABŞ dolları təşkil edib ki, bu da xarici ticarət balansında 8 532,9 milyon dollarlıq qalıq, xidmətlər balansındakı 2 615,6 milyon dollarlıq kəsir, ilkin gəlirlər balansındakı 2 061 milyon dollarlıq kəsir (o cümlədən investisiya gəlirlərinin repartiasiyasındakı 2 milyon dollarlıq kəsir) və təkrar gəlirlər balansındakı 508,6 milyon dollarlıq qalıq hesabına formalaşıb.
Maliyyə
31 Mart , 2020 13:33
Azərbaycanın xidmətlər balansının kəsiri 27% artıb

2019-cu ildə Azərbaycanın cari əməliyyatlar balansının qalığı 4 364,9 milyon ABŞ dolları təşkil edib ki, bu da xarici ticarət balansında 8 532,9 milyon dollarlıq qalıq, xidmətlər balansındakı 2 615,6 milyon dollarlıq kəsir, ilkin gəlirlər balansındakı 2 061 milyon dollarlıq kəsir (o cümlədən investisiya gəlirlərinin repartiasiyasındakı 2 milyon dollarlıq kəsir) və təkrar gəlirlər balansındakı 508,6 milyon dollarlıq qalıq hesabına formalaşıb.

Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən il xarici ticarət balansının qalığı 13,3% azalıb, xidmətlər balansının kəsiri 26,85% artıb, ilkin gəlirlər balansının kəsiri 16,2% (o cümlədən investisiya gəlirlərinin repatriasiyasındakı kəsiri 2,8%), təkrar gəlirlər balansının qalığı isə 30,5% azalıb. 

Son xəbərlər

Orphus sistemi