Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfədən çox artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfədən çox artıb Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 19,743 mlrd. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Maliyyə
12 Sentyabr , 2018 16:33
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfədən çox artıb
0 : 00
0 : 00

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 19,743 mlrd. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,65% çoxdur.

8 aylıq ticarət dövriyyəsinin 12,88 mlrd. dolları ixracın, 6,863 mlrd. dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 78,3%, idxal isə 29,5% artıb.

Beləliklə xarici ticarətdə 6,016 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da 1 il əvvələ nisbətən 3,1 dəfə çoxdur. 

Son xəbərlər

Orphus sistemi