Yuxarı

Azərbaycanın xarici ticarət dövriyyəsində 282 mln. dollarlıq mənfi saldo yaranıb

Bu ilin yanvar-iyun aylarında xarici ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 31,78% azalıb

Bakı. 16 iyun. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında xarici ticarət əməliyyatlarının həcmi 6 381 408, 81 min dollar təşkil edib.  

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 31,78% azalma deməkdir.

Hesabata əsasən, bu ilin yanvar-iyun aylarında Azərbaycanda idxal əməliyyatlarının həcmi 3 331 437,56 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 18,19% azdır.

Müvafiq dövrdə ixrac əməliyyatlarının həcmi isə 3 049 971,25 min ABŞ dollar olub. 2015-ci ilin müvafiq dövrünə nisbətən 42,26 % azalmaq qeydə alınıb.

Beləliklə, xarici ticarət əməliyyatlarında 281 466,31 min dollar mənfi saldo yaranıb.

Qeyd edək ki, idxal olunan malların çeşidlərinin sayı 6 297 ədəd, ixrac olunan malların çeşidlərinin sayı isə 1 826 ədəd təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi