Baş nazir: "Azərbaycanın xarici dövlət borcu ÜDM-nin 18,9%-ni təşkil edib"

Baş nazir: "Azərbaycanın xarici dövlət borcu ÜDM-nin 18,9%-ni təşkil edib" 2019-cu ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib və illik inflyasiyanın minimal səviyyəsi 2,6% təşkil edib.
Maliyyə
9 Aprel , 2020 11:39
Baş nazir: Azərbaycanın xarici dövlət borcu ÜDM-nin 18,9%-ni təşkil edib
Report
0 : 00
0 : 00

"2019-cu ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib və illik inflyasiyanın minimal səviyyəsi 2,6% təşkil edib".

"Report"un məlumata görə, bunu baş nazir Əli Əsədov Milli Məclisdə, hökumətin hesabatını təqdim edərkən deyib.

"Məqsədimiz 2020-ci ildə də qiymət artımının ötənilki səviyyədə saxlamaqdır", - o qeyd edib.

Bundan başqa, hökumət başçısının sözlərinə görə, ötən il ölkədə işsizliyin səviyyəsi 4,8% olub ki, bu da olduqca yaxşı göstərici hesab edilir: 

"2019-cu ilin yekununda Azərbaycanın xarici dövlət borcu 9,91 milyard ABŞ dolları təşkil edib ki, bu da Ümumi Daxili Məhsulun (ÜDM) 18,9%-ni təşkil edib”.

Son xəbərlər

Orphus sistemi