2019-cu ildə Azərbaycan xalis maliyyə öhdəliklərini 1 385,9 milyon ABŞ dolları artırıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 13,1% azdır.
Ötən il Azərbaycana cəlb olunmuş birbaşa investisiyaların artımı 4 275,2 milyon ABŞ dolları (4% çox), cəlb olunmuş investisiyaların repatriasiyasının azalması 3 222,1 milyon ABŞ dolları (2,1% çox), neft bonusunun artımı 450,8 milyon ABŞ dolları (0,15% çox), portfel investisiyalarının azalması 180 milyon ABŞ dolları (57,4% az), törəmə maliyyə alətlərinin azalması 4,6 milyon ABŞ dolları (2,2% çox), digər investisiyaların artımı isə 66,1 milyon ABŞ dolları (89,25% az) təşkil edib.