Azərbaycanın vergilər naziri Rusiya Federal Vergi Xidmətinin rəhbəri ilə görüşüb

Azərbaycanın vergilər naziri Rusiya Federal Vergi Xidmətinin rəhbəri ilə görüşüb Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov Moskvada Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinlə görüşüb.
Maliyyə
24 Oktyabr , 2018 09:44
Azərbaycanın vergilər naziri Rusiya Federal Vergi Xidmətinin rəhbəri ilə görüşüb
0 : 00
0 : 00

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov Moskvada Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinlə görüşüb. 

"Report" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkənin vergi orqanları arasında əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub. 

Tərəflər vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində hər iki ölkədə son illər həyata keçirilmiş islahatlar barədə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, hazırda dünya vergi orqanlarının prioritet fəaliyyət istiqamətlərindən biri vergi inzibatçılığında informasiya texnologiyalarının daha geniş tətbiqinə nail olmaqdır. Bu mənada, hər iki ölkədə rəqəmsal texnologiyaların tətbiqi sahəsinə xüsusi diqqət yetirilir.

Görüşdə Federal Vergi Xidmətinin yüksək vəzifəli şəxsləri Rusiyanın vergi inzibatçılığında rəqəmsal texnologiyalar sahəsində tətbiq olunan son yeniliklərlə bağlı təqdimatlarla çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi