Azərbaycanın vergilər naziri iki müavininin vəzifə səlahiyyətlərini artırıb

Azərbaycanın vergilər naziri iki müavininin vəzifə səlahiyyətlərini artırıb Söhbət Namiq Əliyev və İlkin Vəliyevdən gedir
Maliyyə
19 Noyabr , 2016 14:47
Azərbaycanın vergilər naziri iki müavininin vəzifə səlahiyyətlərini artırıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Vergilər naziri Fazil Məmmədov iki müavininin vəzifə səlahiyyətlərini artırıb. “Report” xəbər verir ki, bundan sonra nazir müavini Namiq Əliyev Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti ilə yanaşı, Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinə də nəzarət edəcək.

Nazir digər müavini İlkin Vəliyevə isə rəhbərlik etdiyi qurumun Vergi auditi və operativ nəzarət idarəsinə kuratorluq etməsini tapşırıb. O, həmçinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin və Ərazi vergi orqanları ilə iş üzrə baş idarəsinin işinə nəzarət edir.

Qeyd edək ki, nazir müavinlərinin kuratorluğuna verilən bu idarələr F.Məmmədovun büdcə proqnozlarının icrası üzrə keçmiş müşaviri Habil Məmmədovun nəzarətində olub. Hazırda isə o, Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi vəzifəsini icra edir.

VN-də baş vermiş daha bir dəyişiklik isə nazir müavini Sahir Məmmədxanovun kuratorluq etdiyi maliyyə-təsərrüfat idarəsinin adının dəyişməsidir. İdarə maliyyə və təminat idarəsi adlandırılıb.

Son xəbərlər

Orphus sistemi