Azərbaycanın valyuta ehtiyatları 3 mlrd. dollara yaxın azalıb

Azərbaycanın valyuta ehtiyatları 3 mlrd. dollara yaxın azalıb Ötən ilin IV rübündə ARDNF və AMB-nin valyuta ehtiyatlarında azalma baş verib
Maliyyə
14 Fevral , 2017 11:46
Azərbaycanın valyuta ehtiyatları 3 mlrd. dollara yaxın azalıb

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycanın valyuta ehtiyatlarının ümumi həcmi 2017-ci il yanvarın 1-nə 37 121,4 mln. ABŞ dolları təşkil edib. "Report" xəbər verir ki, bunun 89,29%-i və yaxud 33,147 mlrd. dolları Dövlət Neft Fondu (ARDNF), 10,71%-i və yaxud 3 974,4 mln. dolları isə Mərkəzi Bankın (AMB) payına düşüb.

Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 2 833,4 mln. dollar və yaxud 7,09% azalıb. Son üç ayda ARDNF-in ehtiyatlarında 2 675,1 mln. dollar və yaxud 7,47%, AMB-nin ehtiyatlarında isə 158,3 mln. dollar və yaxud 3,83% azalma baş verib.

Qeyd edək ki, 2016-cı il ərzində Azərbaycanın məcmu valyuta ehtiyatları 1 469,4 mln. dollar və yaxud 3,81% azalıb.

ARDNF-in valyuta ehtiyatları
(mln.
ABŞ dolları)
AMB-nin valyuta ehtiyatları
(mln.
ABŞ dolları)
Azərbaycanın məcmu valyuta
ehtiyatları 
(mln. ABŞ dolları)
01.01.2017 33 147,0 3 974,4 37 121,4
01.10.2016 35 822,1 4 132,7 39 954,8
01.07.2016 35 117,9 4 283,9 39 401,8
01.04.2016 34 246,0 4 065,8 38 311,8
01.01.2016 33 574,1 5 016,7 38 590,8

Son xəbərlər

Orphus sistemi