Yuxarı

Azərbaycanın üç rüblük tədiyyə balansı 9,141 mlrd. dollarlıq kəsirlə nəticələnib

Bu ilin yanvar-sentyabr aylarında ixrac 46% azalıb, idxal isə 4% artıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycanın 2015-ci ilin yanvar-sentyabr ayları üzrə tədiyyə balansı 9 141,180 mln. ABŞ dolları həcmində kəsirlə nəticələnib. Qeyd edək ki, tədiyyə balansı keçən ilin analoji dövründə 1 016 mln. dollar profisitlə tamamlanıb.

"Report"un məlumatına görə, xarici ticarət balansı 5 302,574 mln. dollar olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 10 905,426 mln. dollar və ya 67,3% azdır. Malların ixracı eyni müddət ərzində 22 932,0 mln. dollardan 12 323,333 mln. dollara enib və azalma 10 608,667 mln. dollar və ya 46,3% təşkil edib. İdxal isə 2014-c ilin ilk 9 ayında 6 724,0 mln. dollardan 7 020,759 mln. dollara yüksəlib və artım 296,759 mln. dollar və ya 4,4% olub. 

Xidmətlər balansı isə 2014-cü ilin analoji dövründə -4 707,0 mln. dollardan -3 433,818 mln. dollara düşüb və azalma 1 273,182 mln. dollar və ya 27% təşkil edib.

Cari əməliyyatlar hesabı bu ilin 9 ayında 240 545,0 mln. dollar olub ki, bu da keçən ilin analoji dövründən 39 dəfə azdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi