Azərbaycanın sığorta və təkrarsığorta brokerinin aktivləri 2% artıb

Azərbaycanın sığorta və təkrarsığorta brokerinin aktivləri 2% artıb Bakı. 20 aprel. REPORT.AZ/ “Marş Sığorta və Təkrarsığorta üzrə Broker” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 3,315 mln. manat təşkil edib.“Rep...
Maliyyə
20 Aprel , 2017 15:37
Azərbaycanın sığorta və təkrarsığorta brokerinin aktivləri 2% artıb

Bakı. 20 aprel. REPORT.AZ/ “Marş Sığorta və Təkrarsığorta üzrə Broker” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 3,315 mln. manat təşkil edib.

“Report” şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,7% çoxdur.

Son 1 ildə “Marş Sığorta və Təkrarsığorta üzrə Broker”in uzunmüddətli aktivləri 30,9% azalaraq 38 min manat, qısamüddətli aktivləri isə 2,6% artaraq 3,277 mln. manat olub.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 11,4% azalaraq 2,058 mln. manata, o cümlədən uzunmüddətli öhdəlikləri 9,9% azalaraq 2,045 mln. manat, qısamüddətli öhdəlikləri isə 4 dəfə azalaraq 13 min manata düşüb.

İl ərzində maliyyə qurumunun cəmi kapitalı isə 35,6% artaraq 1,247 mln. manata çatıb.

2016-cı ildə “Marş Sığorta və Təkrarsığorta üzrə Broker”in cəmi gəlirləri 1,368 mln. manat, cəmi xərcləri 953 min manat təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 415 min manat olub.

“Marş Sığorta və Təkrarsığorta üzrə Broker” bunun 85 min manatını mənfəət vergisi kimi ödəyib və ili 330 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, “Marş Sığorta və Təkrarsığorta üzrə Broker” 2002-ci ildə “Marş Caspian Services” adı ilə yaradılıb, 2005-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 10 min manatdır. Şirkət ABŞ-ın Nyu-York birjasında fəaliyyət göstərən “Marsh & McLennan” şirkətinin törəməsidir. 

Son xəbərlər

Orphus sistemi