Bakı. 24 mart. REPORT.AZ/ Azərbaycanda aqrar sığorta növləri üzrə ödənişlər yığımları üstələyir.
Bu barədə “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar-fevral aylarında şirkətlər kənd təsərrüfatı bitkilərinin sığortalanmasına görə 8 446 manat sığorta haqqı toplayıblar. Bu sığorta növü üzrə ödəmişlər isə təxminən 28 dəfə çox – 236 202 manat olub.
Bundan başqa, 2 ay ərzində kənd təsərrüfatı heyvanlarının sığortaladıqlarına görə cəmi 600 manat sığorta haqqı toplayan şirkətlər bundan 12,4 dəfə çox – 7 460 manat ödəniş verməli olublar.