Azərbaycanın sığorta şirkəti yeni filialını və nümayəndəliyini açıb

Azərbaycanın sığorta şirkəti yeni filialını və nümayəndəliyini açıb Bakı. 4 iyul. REPORT.AZ/ “AtaSığorta” ASC yeni “Xətai” filialını və “Bayıl” nümayəndəliyini istifadəyə verib. Şirkətdən “Report”a verilən...
Maliyyə
4 İyul , 2017 16:22
Azərbaycanın sığorta şirkəti yeni filialını və nümayəndəliyini açıb

Bakı. 4 iyul. REPORT.AZ/ “AtaSığorta” ASC yeni “Xətai” filialını və “Bayıl” nümayəndəliyini istifadəyə verib. 

Şirkətdən “Report”a verilən məlumata görə, bu addım “AtaSığorta”nın xidmətlərinə tələbatın artmasını nəzərə alaraq, müştərilərə daha operativ və keyfiyyətli sığorta xidmətləri göstərmək məqsədi ilə atılıb.

Yeni açılmış “Xətai” filialı Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi, 105, “Bayıl” nümayəndəliyi isə Bakı şəhəri, Səbail rayonu, Əhməd Yaqubov küçəsi, 18 ünvanında fəaliyyət göstərir. Rahat və geniş binalar tam təmir edilib, müasir texnoloji avadanlıqlarla təmin edilib və müştəriləri qəbul etməyə tam hazır vəziyyətə gətirilib. Filial və nümayəndəliyin rahat ünvanda yerləşməsi, ofisdə yaradılmış gözəl şərait müştərilərin rahatlığına və məmnunluğuna xidmət edəcək.

“AtaHolding” MMC-yə daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 35 mln. manata yaxın aktivlərə malik olmaqla 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. “AtaSığorta” həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir, İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta”nın xidmət şəbəkəsinə 40-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.

Son xəbərlər

Orphus sistemi