Azərbaycanın sığorta sektorunda hesabatlılıq forması dəyişdirilir

Azərbaycanın sığorta sektorunda hesabatlılıq forması dəyişdirilir Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycanın sığorta sektorunda korporativ idarəetmə ürəkaçan səviyyədə deyil. Bununla bağlı sığorta qanunvericiliyinə dəyişiklik nəzərdə tutulur.
Maliyyə
27 İyun , 2018 17:16
Azərbaycanın sığorta sektorunda hesabatlılıq forması dəyişdirilir
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ "Azərbaycanın sığorta sektorunda korporativ idarəetmə ürəkaçan səviyyədə deyil. Bununla bağlı sığorta qanunvericiliyinə dəyişiklik nəzərdə tutulur".

“Report” xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov deyib.

“Məsələn, Audit komitəsinə olan tələblər dəyişdiriləcək. Komitə artıq səhmdarların ümumi yığıncağına deyil, birbaşa Müşahidə Şurasına tabe olacaq”, - deyə o qeyd edib.

A.Zülfüqarov sığorta şirkətlərində yeni hesabatlılıq formasının tətbiqinə başlanılacağını da bildirib: "Hesab edirik ki, bütövlükdə sığorta sektorunda hesabatlılıq dəyişməlidir. Belə ki, hesabatların tezliyi ürəkaçan səviyyədə deyil və istifadə olunan hesabatlılıq aşınmış vəziyətdədir. Bunu nəzərə alaraq beynəlxalq təşkilatlardan Beynəlxalq Valyuta Fondunu dəvət etdik, sığorta üçün prinsipləri öyrəndik. Biz artıq 3 sığorta şirkətini pilot layihəyə cəlb etmək istəyirik. İlin sonuna qədər risk əsaslı yanaşma ilə onlardan hesabatlılıq tələb edəcəyik. Artıq bu işə növbəti ayın əvvəlində start verməyi planlaşdırırıq. Yəni sığorta sektorunda hesabatlar iki formada olacaq: köhnə qaydada və risk əsaslı müəyyən edilmiş yeni qaydada. Təbi ki, biz bunun beynəlxalq audit şirkətləri və Azərbaycan Sığortaçılar Assosasiyası (ASA) ilə birlikdə tətbiqini planlaşdırırıq".

Son xəbərlər

Orphus sistemi