Azərbaycanın sığorta sektoru ötən il 23% böyüyüb

Azərbaycanın sığorta sektoru ötən il 23% böyüyüb Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycanda sığorta sektorunun aktivləri bu il yanvarın 1-nə 1 233,3 milyon manat təşkil edib.
Maliyyə
5 Mart , 2019 15:17
Azərbaycanın sığorta sektoru ötən il 23% böyüyüb

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycanda sığorta sektorunun aktivləri bu il yanvarın 1-nə 1 233,3 milyon manat təşkil edib.

“Report” bu barədə Nazirlər Kabinetinin ötənilki fəaliyyətinə dair hesabata istinadən xəbər verir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 22,6% çoxdur.

Sektorun aktivlərinin 467,9 milyon manatı qiymətli kağızlar bazarına yönəldilib. Bu, illik müqayisədə 59,6% çoxdur. O cümlədən dövlət qiymətli kağızlarına illik müqayisədə 72,1% çox – 365,1 milyon manat, qeyri-dövlət qiymətli kağızlarına isə illik müqayisədə 26,9% çox – 102,8 milyon manat pul qoyulub.

2018-ci ildə sığortaçıların depozit hesablarındakı aktivləri 4,6% azalaraq 342,5 milyon manat, pul vəsaitlərində olan aktivləri 68,4% artaraq 115 milyon manat, digər aktivləri isə 7,7% artaraq 307,9 milyon manat olub.

Ötən ilin sonuna Azərbaycanda 21 şirkəti, 1 təkrarsığorta şirkəti, 24 sığorta brokeri və 806 sığorta agenti fəaliyyət göstərib. 

Son xəbərlər

Orphus sistemi