Yuxarı

​Azərbaycanın rəsmi valyuta bazarında noyabrda elektron ticarətin həcmi 6% azalıb

Birja Elektron Ticarət Sistemində 49,195 mln. dollar həcmində 23 əqd bağlanıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu ilin noyabr аyında Bаkı Bаnklаrаrаsı Vаlyutа Birjаsının (BBVB) vаlyutа bölməsində USD/AZN_TOD aləti üzrə кеçirilən hərrаclаrda 7 bаnk iştirаk еdib.

"Report"un verdiyi xəbərə görə, hesabat ayında Birja Elektron Ticarət Sistemində (BEST) 38 ticarət sessiyası keçirilib və 23 əqd qeydə alınıb. Hərracların həcmi 38,589 mln. manat və yaxud dollar ekvivalentində 49,195 mln. təşkil edib.

Oktyabr ayı ilə müqayisədə valyuta bölməsinin həcmi 2,409 mln. manat və 6% azalıb.

BEST-də USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2,589 mln. dollara çatıb, hər əqdin orta həcmi 2,139 mln. dollar təşkil edib.

Qеyd еdək ki, hеsаbаt аyındа birjаdа Аzərbаycаn mаnаtının USD/AZN_TOD aləti üzrə АBŞ dоllаrınа qаrşı məzənnəsi dəyişilməz qalıb və 0,7829 AZN/USD təşkil edib. Milli vаlyutаnın АBŞ dоllаrınа qarşı nisbi оrtаölçülü birjа məzənnəsi noyabr аyındа 0,7844 АZN/USD оlub.

BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən cari ilin noyabr ayında 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 9,81%, ABŞ dolları üzrə isə 9,92% olub. BakIBID tarifi 90 günlük müddətində manatla illik 4,34%, ABŞ dolları ilə 4,27% təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi